İsrail Qəzza zolağına zərbələr endirdi

20 Aprel 2019 09:14

İsrail Müdafiə ordusu Qəzza zolağına zərbələr endirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zərbələr Qəzza zolağında HƏMAS hərəkatına məxsus iki obyektə endirilib.

Zərbələrin həyata keçirilməsində hərbi təyyarə və tank iştirak edib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Milli.Az