Sobanı yandırmaq istəyən qadın xəstəxanalıq oldu

19 Aprel 2019 23:21

Gəncədə qadın yanıq xəsarəti alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, şəhərin Natəvan qəsəbə sakini 1950-ci il təvəllüdlü Əkiyeva Afət Adil qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının yaşadığı evdə soba yandırmaq istəyərkən xəsarət aldığı bildirilir.

Milli.Az