Mingəçevirdə 67 yaşlı qadını it dişləyib

19 Aprel 2019 23:13

Mingəçevirdə qadını küçədə it dişləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Mingəçevir şəhəri, Günəşli bağ massivində baş verib.

Şəhər sakini, 1952-ci il təvəllüdlü Abdulkərimova Kifayət Qurbanəli qızı küçədə itin hücumuna məruz qalıb.

Nəticədə qadın hər iki ayağının baldır nayihəsi və sol əlindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az