Gürcüstan Prezident Administrasiyasının rəhbəri istefa verdi

19 Aprel 2019 22:11

Gürcüstan prezidenti administrasiyasının rəhbəri Laşa Jvaniya istefaya gedəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, L.Jvaniya bu barədə öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, o, bu barədə mart ayında prezidentə müraciət edib və mayın 1-i öz vəzifəsini tərk edəcək.

L.Jvaniya ölkə prezidentinə təşəkkür edib və patriarxlıqda işini davam etdirəcəyini bildirib.

Milli.Az