Sözləri çəp gəldi, əlbəyaxa oldular - Bakıda sürücülərin davası

19 Aprel 2019 19:44

Bakıda sərnişin avtobusunun sürücüləri arasında insident olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında Nərimanov rayonunda qeydə alınıb. 

Füzuli adlı 211 saylı avtobusun sürücü dayanacaqda həmkarı Rafiq Kazımovla mübahisə edib və əlindəki bıçaqla onun barmaq nahiyəsinə xəsarət yetirib. 
Hadisə sərnişinlərin gözləri qarşısında baş verib. 

İnsidentdən sonra R.Kazımov Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə müraciət edib. 

Milli.Az