Milli Gimnastika Arenasında “AGF Junior Trophy” turniri iştirakçılarının podium məşqləri keçirilir - FOTOREPORTAJ

19 Aprel 2019 17:41

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirində iştirak edəcək gimnastların podium məşqləri keçirilir.

Qeyd edək ki, 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri baş tutacaq. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edəcək.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa Çempionatı 2018-in gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.

Milli.Az Trend-ə istinadən məşqlərdən fotoreportajı təqdim edir:

Milli.Az