VTB (Azərbaycan) ödəniş kartları üzrə aksiya elan edir

19 Aprel 2019 16:10

Bank VTB (Azərbaycan) Visa Platinum premium kart üçün endirim təklif edir. İndi Visa Platinum kartını Visa Classic qiymətinə əldə etmək olar. Aksiya 30 aprel 2019-cu il tarixinədək qüvvədədir. Bu müddətdə Visa Platinum kartı üzrə 1 illik xidmət haqqı - 15 manat, 3 illik - 25 manat təşkil edəcək.

"Bank VTB (Azərbaycan)-ın Visa Platinum kart istifadəçiləri bir sıra xidmətlər üzrə çoxsaylı üstünlüklərə sahibdir. Belə ki, kart sahibləri xüsusi təkliflərdən -hava limanları, restoran, otel və əyləncə mərkəzlərindəki mal və xidmətlərə olan imtiyaz və endirimlərdən yararlana bilər. Biz isə müştərilərimizə bütün bu xidmətlərə çıxışı minimal məbləğ ilə əldə etməyə imkan veririk" - deyə, bank VTB (Azərbaycan)-ın ın Metodologiya və məhsulların hazırlanması şöbəsinin müdiri Kamila Şahbazova bildirib.

Visa Platinum ödəniş kartını bankın istənilən filialında ,eləcə də +99455 2140986 WhatsApp və bankın saytı vasitəsi ilə əldə etmək mümkündür.