Sümükləri möhkəmləndirən 6 ərzaq - SİYAHI

19 Aprel 2019 23:35

Uzun zaman belə düşünülürdü ki, sümükləri qüvvətləndirən əsas maddə kalsiumdur. Ona görə də uşaq vaxtı dişlərin və sümüklərin möhkəm olması üçün təbaşir yeyirdik. Amma məlum olub ki, tək bir kalsium maddəsi kifayət etmir. Bu elementdən başqa sümüklərin və dişlərin möhkəmləndirilməsi üçün insana, həmçinin, fosfor, maqnezium, sink, mis, vitaminlər və minerallar vacibdir.

Milli.Az medicina.az-a istinadən sümükləri möhkəmləndirmək üçün lazım olan ərzaqları təqdim edir:

1. Tərəvəzlər (zülal mənbəyi, dəmir və kalsium, K və C vitaminləri)

Kalsium, maqnezium, kalium, dəmir və digər minerallar təbii bitki tərkibli qidalarda bol miqdarda olur. Əsasən də yaşıl rəngli tərəvəzlərin möhkəmləndirdiyi məlumdur. Yalnız ispanaq və türşəng göyərtiləri tərkibində olan oksalat turşusu səbəbindən adı çəkilən mineralları mənimsəməyə mane olur.

2. Zülal tərkibli qidalar (heyvan mənşəli qidalar, paxlalılar, soya)

Zülal sümüklərin möhkəm olması üçün əvəzolunmaz maddə hesab edilir. Uzun müddət belə bir fikir mövcud olub ki, rasiona daxil olan heyvan mənşəli qidalar osteporozun inkişafına səbəb ola bilər.  
Amma elmi tərəfdən sübut edilib ki, bu ehtimal səhvdir. Bir çox insanlar bir çox səbəblərdən qida rasionlarına heyvanı qidalar daxil etmirlər. Bu isə insanların seçimlərinə bağlıdır.

3. Bulyonlar (mineral mənbəyi)

Bir çox yeməklər ənənəvi olaraq bulyonda hazırlanır. İş burasındadır ki, bulyonlar az odda uzun müddət bişdiyinə görə tərkibində bol miqdarda minerallar olur. Bu isə bulyonu çox qidalı və faydalı edir.  

4. Tam toxum (maqnezium mənbəyi)

Qəhvəyi düyü, arpa, qarabaşaq, yulaf kimi tam toxumların tərkibində B qrup vitaminləri və lif olan ən yaxşı karbohidrat mənbəyidir.
Tam toxumlar orqanizmi lazım olan kalori ilə təmin edir ki, nəticədə orqanizmin onun enerji əldə etmək üçün zülala olan tələbatı azalır. Bundan əlavə tam toxumlar yaxşı maqnezium mənbəyidir ki, bu da orqanizmdə kalsiumun yaranmasına səbəb olur.

5. Mikroelementlərlə zəngin ərzaqlar
Çərəzlər və toxumların bir sıra üstün cəhətləri var. Onlar yalnız əvəzolunmaz yağ turşusu mənbəyi deyil həm də orqanizm umun vacib olan zülal, bor, dəmir, fosfor, maqnezium kimi maddələrlə də təmin edir.

6. "Sağlam yağlar" (K və D vitamini qaynağıdır)

Təəccüblü olsa da, bu yağlar sümüklər üçün böyük əhəmiyyət daşıyır.

Dietoloqların fikrincə, hər orta yaşlı qadına gün ərzində 65 qr yağ tələb olunur. Bu isə cəmi 1-2 x/q təşkil edir. Ekspertlər bildirirlər ki, orqanizmdə olan balansı qorumaq üçün tərkibində yağ olan müxtəlif ərzaqlardan istifadə etmək lazımdır.

Milli.Az