Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi - FOTO

19 Aprel 2019 14:59

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Barselona"nın kapitanı Lionel Messi layiq görülüb. Argentinalı superulduz səsvermədə "Ayaks"dan Matteys de Liqt, "Liverpul"dan Roberto Firmino və "Tottenhem"dən Son Xın Mini qabaqlayıb.

Qeyd edək ki, Messi 1/4 final mərhələsinin "Mançester Yunayted"lə cavab oyununda (3:0) dubl etmişdi.

Milli.Az