Bizə kiçik görünən, amma haqqun-nasa aid olan gündəlik məsələlər

20 Aprel 2019 22:20

Əgər müasir həyata nəzər salsaq, görərik ki, başdan-başa ifrat və təfritlə doludur. Bəzi insanlar pak olmaq və nəcisdən uzaq olmaqlarına bəzən o qədər çox diqqət edirlər ki, haqqun-nasa qarşı bu diqqətin az hissəsi dıə olmur. Halbuki, İslam dini buyurur ki, özünüzü pak və nəcis mövzularında çətinliyə salmayın. Ancaq haqqun-nasa çox diqqət edin.

Adətən insanlar haqqun-nas deyildikdə, kimdənsə icazəsiz nəyisə götürməyi və ya kimisə işlədib, pul verməməyi zənn edirlər. Halbuki, haqqun-nasın dairəsi daha genişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq bu halda da Allah bizə çıxış yolu qoymuşdur. Əgər kiminsə malını zay etmişiksə dinimiz icazə verir ki, şəri hakimin razılığı ilə həmin ziyanı sədəqə ilə dəf edək. Yəni, verdiyimiz bu sədəqə Qiyamət günü zay etdiyimiz malın əvəzini verə bilsin.

Haqqun-nas hesab olunan və insanların diqqətinə gəlməyən bəzi əməllər ilə tanış olaq:

- Maşını elə yerdə saxlamaq ki, insanların get-gəlinə mane olsun.

- Maşınların qarşısında saxlamaq və onların çıxmasına mane olmaq.

- Üzrsüz səbəbə uzun-uzadı siqnal vermək.

- Piyadanın qırmızı işıqda maşınların önündən keçməsi.

- Binanın pilləkənlərindən elə səs-küylə düşüb-qalxmaq ki, başqalarını narahat etmək.

- Evin qapısını elə bağlamaq ki, başqalarını yuxudan oyatmaq.

- Keyfiyyətsiz mal satmaq.

- Pişnamazın üzrsüz yerə yubanması.

- Ev və ya idarələrdən ucalan səslər ki, insanlara əziyyət verər.

- Kitabxana kimi yerlərdə yüksək səslə danışmaq.

- Söz ilə insanları narahat etmək.

- Növbədən kənar harasa daxil olmaq.

Belə əməlləri saymaqla bitmir. Ancaq insanlar onların haqqun-nas olduğunu bilmir, ya da heç diqqət belə almır.

Hər bir haqqun-nas, Allahın haqqı hesab olunur. Çünki insanlar Uca Allahın ailəsi sayılır və onların boynunda olan haqq da Allahın haqqı hesab olunur.

Ona görə də boynunda haqqun-nası olan insan, gərək Allahın razılığını da əldə etsin.

Haqqun-nas boynunda olan şəxs gərək qarşı tərəfin razılığını almağa çalışsın. Əgər sağdırsa, sədəqə verməyin yeri yoxdur. Onun özünü razı salmaq lazımdır.

Əgər kiminsə abırını aparmışıqsa, ondan halallıq istəyib, onun yerinə tövbə edərək bu əməlimizin əvəzini verə bilərik.

Hər bir halda insanlara əziyyət verib, onları narahat edə bilən hər bir əməl haqqun-nas hesab oluna bilər. Ona görə də diqqətli olmaq lazımdır.

Milli.Az