Disney+-un yayımlanma tarixi və abunəlik qiymətləri bəlli oldu

20 Aprel 2019 19:50

Disneyin serial platforması olacaq Disney + noyabr ayında üzvlük sistemini açacaq. Aylıq ödəniş 7 dollar müəyyən olunub.

Milli.Az chip.az-a istinadən bildirir ki, ötən il Disney tərəfindən elan edilən və serial platforması kimi qəbul edilən Disney + rəsmi yayım tarixi və üzvlük qiymətləri yayımlandı. Qiymət və məzmun baxımından Disney + rəqibi Netflix-in işini çətinləşdirəcək kimi görünür.

Disney CEO-su Bob Iger dünən etdiyi şərhdə, qiymətin aşağı olma səbəbini əldə edə biləcək ən çox müştəriyə çatmaq üçün olduğunu bildirdi. 2024-cü ilin sonuna qədər 90 milyona qədər istifadəçi sayına çatmağı hədəflədiklərini qeyd edən Iger, "İnsanların Disney+ platformasını sevəcəklərindən əminik." -deyə əlavə edib.

Edilən şərhlərdə Disney + platformasında əvvəlcə, 7,500 ədəd mövcud və artıq yayımlanan televiziya proqramları, 25 ədəd orijinal serial və 10 orijinal film yer alacaq. National Geographic Channel kimi bir çox əhəmiyyətli təşkilatla əməkdaşlıq edən Disney + 250 saatlıq sənədli filmə sahib olacaq. 12 noyabr 2019-cu ildə Şimali Amerikada sərbəst buraxılacaq olan Disney + bütün dünyada bir neçə etabdan sonra yerini alacaq.

Üzvlük tək bir paketdən yoxsa istənilən paketi seçmə imkanından ibarət olacağı bəlli olmasa da hazırda müəyyən edilən rəqəm 7 dollardır. İllik üzv olmaq istəyənlər isə 70 dollar ödəyəcəklər ki, bu da aylıq 5,83 dollar edəcək. Lakin, bu qiymətlər Neftlix-də olduğu kimi hə rölkəyə görə dəyişə də bilər.

Milli.Az