Qəbələdə turizmlə bağlı forum keçiriləcək

19 Aprel 2019 15:44

"Aprelin 20-i Qəbələdə Azərbaycanda turizmin inkişafına həsr olunan forum çərçivəsində fiziki cəhətdən məhdud şəxslərin hazırladığı əl işləri sərgisi keçiriləcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, tədbirin təşkilatçısı "Tourism Lab" MMC-dir:

"Forum zamanı turizm sənayesinin, eləcə də regionlarda qadın sahibkarlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq".

Assosiasiya rəhbəri bildirib ki, forumda turizm, rəqəmsal texnologiyalar, sahibkarlıq və digər sahələr üzrə mütəxəssislər iştirak edəcək.

Milli.Az