Azərbaycanda bələdiyyələrin işi niyə zəifdir? - VİDEO - FOTO

19 Aprel 2019 15:34

Bizdə bələdiyyələrdən danışarkən, hər 10 nəfərdən azı 9-u deyir ki, bələdiyyələr torpaq satmaqla, pul yığmaqla məşğuldur. Bəs həqiqətənmi belədir? Bələdiyyələrin fəaliyyəti bununla bitirmi?

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Bələdiyyəni heç tanıyırıq ki, bələdiyyə kimdir".

Sakin: "Ancaq burda bir məqsəd var. Pul qazanmaq".

Sakin: "Bələdiyyə gör nə "gözəl" düzəldib yolları".

Ruslan Atakişiyev - Ekspert: "Yolu bələdiyyə düzəltməlidir. Su partladı, onu bələdiyyə düzəltməlidir. Bunlar hamısı bələdiyyənin səlahiyyətindədir".

Bələdiyyənin görəcəyi işlərdən biri də, bəlkə də ən əsası kəndin təmizliyidir, kəndin təmizliyinə nəzarətdir. Amma görünən kəndə nə bələdçi, özünüz baxın.

Məhərrəm Əsgərov - Xocəsən Bələdiyyəsinin Sədri: "Mütəmadi olaraq zibillər götürülür. Amma bunu gündəlik atırlar axı. Təmizlənir yenidən atırlar".

Əksər bələdiyyələrdə oxşar mənzərədir. Günün istənilən vaxtı bələdiyyəyə yaxınlaşırsan, bələdiyyə sədri yerində yoxdur. Hamısının isə bir bəhanəsi var, ərazidəyəm. Amma hansı ərazidə bunu onlardan başqa heç kim bilmir.

Ekspertlərin sözlərinə görə, bu gün əksər bələdiyyələrin fəaliyyətsizliyi maliyyə problemi ilə əlaqədardır.

Vüqar Tofiqli - Ekspert: "Bu maliyyəsizliyin nəticəsidir ki, bu gün əhalinin qarşılaşdığı problemləri həll edə bilmədiyinə görə, istənilən halda əhali tərəfindən bu fəaliyyət narazılıqla qarşılanır".

Ruslan Atakişiyev - Ekspert: "Vergiləri də tam şəkildə yığa bilməmələri səbəbindən maliyyə də formalaşmır ki, bir sıra layihələri icra edib, həyata keçirə bilsinlər".

Məhərrəm Əsgərov - Xocəsən Bələdiyyəsinin Sədri: "Bələdiyyənin maliyyə imkanı varsa, bütün işləri görməlidir. Onu insanlar ödəməlidir ki, bələdiyyə də həmin maliyyəni qəsəbənin abadlaşdırılmasına xərcləsin".

Qeyd edək ki, hazırda ölkə üzrə 1607 bələdiyyə var ki, onun da 53-ü Bakıda fəaliyyət göstərir.

Milli.Az