Nura Suri tərəf müqavili ilə açıq-saçıq səhnəyə "Hə" dedi: Niyə də olmasın - FOTO

19 Aprel 2019 13:19

"Hansısa tərəf müqavilinlə açıq-saçıq səhnəyə çəkilərsənmi?"

Milli.Az xəbər verir ki, bu sualla "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) qonağı Nura Suriyə müraciət edib.

Cazibədar ifaçı açıq-saçıq səhnələrə çəkilmək kimi kompleksinin olmadığını, lazım olacağı halda edəcəyini etiraf edib:

"Əslində bu sənət üçün hansısa bir roldursa, ya klipdirsə, bu normal bir şeydir. Özü də ki, musiqidən, sənətdən anlayışı olmayan klaviatura arxasında oturub, kiminsə qınağını mən qəbul etmirəm onsuz da. Fotosessiyalarımdan da bəlli idi bu! Klipdə bu mənə lazımdırsa, bu səhnə olmalıdırsa, niyə də olmasın?!"

Məhəmməd Vaqif
Milli.Az