SpotMini robotları yük maşınını dartdılar - VİDEO

19 Aprel 2019 21:10

Boston Dynamics şirkəti özünün SpotMini adlı robotonun imkanlarını sərgiləmək üçün YouTube kanalında yeni video təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Bu dəfə şirkət mühəndisləri SpotMini robotunun hansı gücə sahib olduğunu yoxlamaq istəyiblər. Bunun üçün onlar 10 ədəd SpotMini robotunu yük maşınına bağlayıblar və onları həmin yük maşınını dartmağa məcbur ediblər. Sözügedən təcrübə maşın dayanacağında reallaşdırılıb. Videodan da görmək olar ki, robotlar bu təcrübənin öhdəsindən uğurla gəliblər. Qeyd etmək lazımdır ki, Boston Dynamics şirkəti yaxın zamanda SpotMini robotunun irimiqyaslı satışına hazırlaşacaq.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
SpotMini robotları yük maşınını dartdılar