İndi də qulaqdibi xəstəliyi yayılıb

19 Aprel 2019 20:24

2019-cu ilin ilk rübündə Qırğızıstanın Bişkek şəhərində 120 qulaqdibi xəstəliyi faktı qeydə alınıb. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, epidemik qulaqdibi xəstəliyi daha çox peyvənd edilməmiş böyüklərdə müşahidə edilib.

Xəstəliyə yoluxanların (71,6 faizi) 86 nəfəri böyüklərdir.

Epidemik qulaqdibi insandan-insana danışıq, öskürək və asqırma zamanı hava-damcı yolu ilə yoluxur. Xəsətlik kəskin şəkildə başlayır. Xəstənin 5-7 gün müddətində 38-40 C hərarəti olur. Baş ağrıları, iştahsızlıq, zəiflik müşahidə edilir.

Xəsətlik zamanı tüpürcək vəzilərində şişlik meydana gəlir. Xəstəlik çox zaman yüngül keçsə də, onu zərərsiz infeksiyalara aid etmək olmaz.

Milli.Az