Serb radikalları ayaqda: Rusiyanı istəyirik...

19 Aprel 2019 20:19

Serb Radikal Partiyasının deputatları ölkənin Avrasiya İttifaqına inteqrasiyasını, KTMT üzvü olmasını dəstəkləyir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Serb Radikal Partiyasının sədr müavini Aleksandr Şeşel deyib.

"Bizə AB lazım deyil. Rusiya ilə yaxınlıq daha dəqiq desək, Avrasiya İttifaqı, KTMT üzvlüyü bizə daha yaxındır. Biz Rusiyaya sanksiya tətbiq etməmişik və etməyə də hazırlaşmırıq, lakin Qərb bunun qarşılığında Belqrada təzyiqlər edir", - deyə o bildirib.

Milli.Az