Nadir böyük oğlunu evləndirir - Toy tarixi də məlumdur - FOTO

19 Aprel 2019 09:44

"Deyəsən toya hazırlaşırsınız?"

Milli.Az xəbər verir ki, bu sualla "Ulduzlu yayım" verilişinin aparıcısı Günay Firudinqızı məşhur müğənni Nadir Bayramlıya müraciət edib.

Müğənni aparıcının sözlərini təsdiqləyib:

"Bəli! İnşallah, bu ay böyük oğlumun toyu olacaq". 

Qeyd edək ki, Nadirin 3 övladı var - iki oğlan, bir qız. Sonbeşiyi olan qızının 16 yaşı var.

Məhəmməd Vaqif
Milli.Az