Londonda 7 qol, "Çelsi" yarımfinalda - VİDEO - FOTO

19 Aprel 2019 10:29

Avropa Liqasında 1/4 finalın cavab oyunları baş tutub.

Milli.Az xəbər verir ki, "Çelsi" Londonda "Slaviya" ilə üz-üzə gəlib. "Zadəganlar" Çexiyadakı görüşdə olduğu kimi, cavab qarşılaşmasında da qalib gəlib və yarımfinala yüksəlib.

"Çelsi" yarımfinalda "Ayntraxt"la üz-üzə gələcək.

"Çelsi" (İngiltərə) - "Slaviya" (Çexiya) - 4:3

Qollar: Pedro Rodriqes, 5, 27, Simon Deli, 9 (avtoqol), Jiru, 17 - Tomaş Souçek, 26, Petr Şevçik, 51, 54

İlk oyun - 1:0

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: