Təmkin Xəlilzadə "Sabah"dan kənarlaşdırıldı

18 Aprel 2019 21:41

Millimizin üzvü Təmkin Xəlilzadə mövsümün sonuna qədər "Sabah"ın heyətindən kənarlaşdırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün bu addım atılıb.

Futbolçu yığmanın da şərəfini qoruduğu üçün verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb.

Milli.Az