Bakıda naməlum şəxs küçədə 14 yaşlı oğlanı qarət etdi

18 Aprel 2019 20:07

Bakıda 14 yaşlı oğlana qarşı quldurluq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

Şərifzadə küçəsi, 196 saylı binanın qarşısında naməlum şəxs 2005-ci il təvəllüdlü Bağırlı Rəvan Rəkam oğluna hədə-qorxu gələrək 5 manat pulunu və Nokia markalı mobil telefonunu alıb qaçıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Milli.Az