Şəhidlər ölməz - Bu gün şəhid Elşad Ağayevin doğum günüdür - VİDEO

18 Aprel 2019 19:42

Bu gün Azərbaycan Bayrağı ordenli şəhid Elşad Ağayevin doğum günüdür. 

Elşad Aşur oğlu Ağayev 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına qoşulub. Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub. 

Prezidentin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə "Dövlət bayrağı" ordeni ilə təltif olunub. Bir neçə ildən sonra ümummilli lider Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim edib. 

Qürur duyduğumuz şəhidin həyatı, qəhrəmanlığı haqda ətraflı videomaterialda:

Videonu izləmək üçün şəklə klikləyin:
Bu gün Azərbaycan Bayrağı ordenli Şəhid Elşad Ağayevin doğum günüdür

Milli.Az