Cənabətli halda qida qəbul etmək olmaz?

18 Aprel 2019 23:25

Cənabətli halda bəzi hərəkətləri etmək insana haramdır (qəti qadağandır). Məsələn, Allahın, peyğəmbərlərin və imamların adlarına, Quran yazısına toxunmaq, məscidə girib dayanmaq və s. Bəzi əməlləri isə cənabətli halda etmək günah olmasa da, məkruhdur, yəni bəyənilmir.

Milli.Az islam.az-a istinadən bildirir ki, bunu etməyə görə Allah insana cəza verməz, amma insanın məqamı əskilər, mənəvi cəviyyəsi tənəzzül edər. Belə əməllərdən biri də cənabət halında qüsl etməzdən qabaq yemək-içməkdir. Yaxşı olar ki, insan cənabət qüslü vermədən yeyib-işməsin. Bu məkruhluğu aradan qaldırmaq üçün isə dəstəmaz almaq kifayətdir. Yəni cənabət halında tez qüsl almağa imkan yoxdursa və insan acımışdırsa, dəstəmaz alaraq yemək yesə, məkruh sayılmaz.

Milli.Az