“Sağaltmaq üçün çox çalışdıq” - Talıb Tale atasının ölümündən DANIŞDI - VİDEO - FOTO

18 Aprel 2019 18:29

ARB TV-nin "Səhər-Səhər" proqramının çəkiliş qrupu müğənni Talıb Talenin atasının dəfn mərasimində olub.

Milli.Az xəbər verir ki, müğənninin dediyinə görə, son zamanlar atasının vəziyyəti getdikcə ağırlaşıb:

"2 ildir ki, dializ xəstəsi idi. Sağaltmaq üçün çox çalışdıq. Qismət belə imiş. Bu müddətdə çox çətinliklər çəkdik. Vəziyyəti ağır idi. Yaxşı həkimlər də, əlindən gələni edən həkimlər də gördük. Şərəfli ömür yaşadı. Aldığı müəllim maaşı ilə 4 ali təhsilli övlad böyütdü".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin: