AzTV-dəki Bədii Şura üzvləri hərəkətə keçdi - TV-lərdəki vəziyyətlə bağlı

18 Aprel 2019 17:39

Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hər birimizi narahat edir və etməlidir.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Konservatoriyasının rektoru, Xalq artisti, AzTV nəzdində yaradılan Bədii Şuranın üzvü Siyavuş Kərimi deyib.

"Sözsüz ki, biz bütün televiziyalara təsir edə bilmərik, lakin onlar üçün bir nümunəyə çevrilə bilərik. Bu işdə bizə siz tamaşaçıların köməyi və dəstəyi vacibdir", - deyən Xalq artisti Bədii Şura üzvlərinin ölkənin ikinci böyük şəhəri Gəncəyə və bölgələrə səfərlərinin də məhz bu məqsədi daşıdığını bildirib.

"Məqsədimiz Azərbaycan televiziya məkanındakı mövcud vəziyyəti tamaşaçılarla müzakirə etmək, onların fikirlərini öyrənmək, təkliflərini dinləməkdir", - deyə S.Kərimi əlavə edib.

Qeyd edək ki, bir müddətdir yerli televiziyaların efirində gedən nalayiq ifadələr, bayağı verilişlər tənqid olunur. Televiziya kanalları bu səbəbdən lağ obyektinə çevrilir, cəmiyyətin aqressiyası ilə üzləşir.

Milli.Az