Keçinin insan balası – FOTO

9 Aprel 2010 18:28
Afrikada keçi dünyaya qeyri-adi bala gətirib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, mutant, insana bənzədiyi üçün yerli sakinlər keçinin insandan hamilə qaldığı ehtimalını irəli sürür. Məlumata görə, dünyaya gəlmiş mutant bir neçə saat yaşayıb. Hadisənin baş verdiyi kəndin əhalisi bu qeyri-adi canlıya baxmaq üçün oraya axışıb.

Təəssüf ki, kəndlilər ölmüş mutantı yandırıb və bu, alimlərin onun üzərində araşdırma aparmasını mümkünsüz edib. Hadisənin baş verdiyi əyalətin qubernatoru məsələ ilə bağlı deyib: "Onun başı, sifəti, çiyni insanı xatırladırdı. Bu mutantın dünyaya gəlməsində insan günahkardır!"

Milli.Az




--------------------------------------------------------------------------------