Qadın bədəninin bu nöqtələri kişilərin ağlını başdan alır - Yad kişiyə 40 saniyədən artıq baxmaq olmaz, yoxsa...

18 Aprel 2019 12:14

Qadının bədənindəki həssas zonalar açıq olduqda müxtəlif gözlər (bəzən bəd gözlər) üçün əlçatan olur, amma bu, sağlamlıq problemlərinə yol aça bilər.

Milli.Az publika.az-a istinadla yazını təqdim edir: 

Qadının saçları onun seksual enerjisinin daşıyıcısı və gücüdür. Açıq və dağınıq saçlar başqalarına çox güclü təsir göstərir, eyni zamanda belə saç düzümü qadın enerjisinin tükənməsinə səbəb olur. Saçınızı bir gün toplamayın, səhəri gün atquyruğu yığıb enerji itkisini sınaqdan keçirin. Lakin saçlarınızı sevgilinizin yanında aça bilərsiniz, gücünüz bütün dünyaya deyil, əsas ona yönəldilməlidir! Kişinin ilham pərisi olmaq hər bir qadının başlıca vəzifəsidir. Qoy o, sizdən ilhamlansın və bütün dünyanı ayaqlarınıza sərsin.

Gözlər qadının ağılını əks etdirir. Qadını cəlbedici edən baxışlarıdır. Qadının üz ifadəsi kişilərə təsir edən ilk amildir. Qadının psixikası elə qurulub ki, əgər kimə və nəyəsə 40 saniyədən çox baxırsa, artıq onun haqqında düşünməyə və onu istəməyə başlayır. Odur ki, yad kişilərə 40 saniyədən çox baxmaq olmaz, xüsusilə evlisinizsə. Bu, sizin əqli sakitliyiniz üçün lazımdır.

Boyun arxası qadın bədəninin ən zərif və məhrəm zonası hesab olunur. Haqqınızda pis danışan adamlara üz çevirməyin, əks halda lənət almaq olar. Ezoteriklər hesab edir ki, lənət əsasən kürək və boyun nahiyəsində toplanır. Boynun arxası çox energetik nöqtədir, odur ki, qoruyucu amulet, taxta muncuqlar taxmaq tövsiyə olunur. Onlar bu zonanı qorumağa kömək edir. Qədim inanclara əsasən hörük mistik bir düyündür. Sizi öz energetikanızdan daha güclü heç nə qoruya bilməz.

Çiyinlər, körpücük sümüyü və biləklər güclü seksual enerji saçır, bir çox ənənələrdə yad kişiləri başdan çıxartmamaq və öz enerjini qorumaq üçün çiyinləri örtmək və biləyə çoxlu bilərzik taxmaq qəbul edilib. Maraqlıdır ki, sinə dekoltesi enerji itkisinə səbəb olmur. Çünki sinə seksuallıq yox, analıq rəmzi sayılır. Odur ki, qədərində dekolte yol veriləndir.

Göbək dekoltesində də böyük təhlükə yoxdur, çünki qarın qadının rifah simvoludur. Unutmayın ki, göbək dekoltesi dedikdə, qasıq səviyyəsi nəzərdə tutulmur. Reproduktiv qadın orqanlarını bağlı saxlamaq lazımdır. Qasıq qadın bədəninin ən əhəmiyyətli nahiyəsidir, onun uşaqlığı burada yerləşir.

Beli hündür olmayan dar cinslər uşaqlıq və ətraflarınız üçün yavaş intihardır. Əgər hamı bu nahiyəyə baxırsa, qadın hətta xəstələnə, onda ağır menstruasiyalar başlaya və reproduktiv orqanlarla problemlər yarana bilər. Həm də bu zonaya başqa qadınların baxışları kişilərdən daha təhlükəlidir. Odur ki, cinsiyyət orqanlarını qoruyun!

Beli vurğulamaq olar və lazımdır, amma çox dar geyinmək tövsiyə edilmir, beləliklə bədəndə enerjinin hərəkəti pozulur. Dar şalvarlar enerji kişi tipi üzrə hərəkət etməyə başlayır. Yeri gəlmişkən, stirinq alt paltarı cinsi orqanlara zərərlidir.

Ayaq biləyindən dizlərə qədər genetika üçün cavabdeh olan nöqtələr var. Qadınların budlarının kişilərin xoşuna gəlməsi təəccüblü deyil. Genetikasının və gələcək nəsillərin enerjisi burada yığılır. Budların açıq və ya bağlı qalmasına özünüz qərar verin. Eksperiment üçün uzun və qısa yubkada təəssüratları və özünüzü necə hiss etdiyinizi müqayisə edin.

Və unutmayın ki, bu qaydalar sevgiliniz üçün keçərli deyil.

Milli.Az