Pərvin Abıyeva sərxoş vəziyyətdə hava limanında - VİDEO

18 Aprel 2019 10:47

Aktrisa Pərvin Abıyevanın olduğu deyilən yeni videosu yayılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkə istifadəçilərinin biri status paylaşıb:

"Bu gün Bakı aeroportunda maraqlı halla qarşılaşdım. Bizimlə birlikdə 2 məşhur və bir modelfason qız Istanbuldan Bakıya gəlirdi. Çox məşhur aktrisamız və modelfason qız özlərini çox səviyyəsiz şəkildə aparırdılar, hər kəsin gözü önündə çamadanın üstünə çıxıb, qışqırırdılar. İçkinin təsiri altında olan bu aktrisa ilə modeli ətrafda çox adam lentə aldı. Dediyim odur ki, məşhur dediyimiz adamlar çox vaxt səviyyəsiz və düşük insanlar olur."

İddiaya görə, izləyicinin söylədiyi aktrisa Pərvin Abıyevə və model isə Səmra Hüseynova olub.

Sözü gedən videonu təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Pərvin Abıyeva sərxoş vəziyyətdə hava limanını bir- birinə qatdı