Nazarbayev Avrasiya İttifaqının fəxri sədri seçilir

18 Aprel 2019 20:34

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Avrasiya İttifaqının fəxri sədri vəzifəsinə seçilə bilər.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı "Kommersant" qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Avrasiya İttifaqı bu barədə qərarın mayın 29-da qurumuna Nur-Sultanda keçiriləcək sammitində qəbul ediləcəyini bildirib.

Fəxrin sədrin əsas funksiyasının Avrasiya İttifaqını dünyada təmsil etməkdən ibarət olacağı güman edilir.

Milli.Az