SON DƏQİQƏ! Perunun keçmiş prezidenti intihar etdi - FOTO

17 Aprel 2019 20:30

Perunun keçmiş prezidenti özünü öldürüb.

Milli.Az BBC-yə istinadla xəbər verir ki, Perunun sabiq prezidenti Alan Qarsiya məhkəmənin qərarına əsasən həbs olunarkən intihar edib.

O, tutularkən özünü boğazından güllələyib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onlarla insan xəstəxananın qarşısına yığılaraq ona dəstək olmağa çalışıblar. Alan Qarsiyanın ölüm xəbərini Perunun hazırki prezidenti Martin Viskarra təsdiqləyib.

Qeyd edək ki, Alan Qarsiya korrupsiyada ittiham olunurdu. O, iddiaları rədd etsə də, onun həbs olunması barədə qərar çıxarılıb. Polislər onu həbs etmək üçün Lima şəhərindəki evinə gələrkən prezident özünə qəsd edib.

Bəxtiyar Umarlı
Milli.Az