Ermənistan ordusundakı qiyama görə komandir mühakimə olundu

17 Aprel 2019 18:31

Ermənistanda mart iğtişaşları ilə əlaqədar cinayət işi üzrə beş hərbi qulluqçu və bir hərbi hissə komandirinə rəsmi qaydada ittiham irəli sürülüb.

Milli.Az bu barədə Oxu.az-a istinadən xəbər verir.

Xatırladaq ki, martın 17-də, 19:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət çəkən bir qrup hərbi qulluqçu verilən xidməti taşırıqları yerinə yetirməkdən imtina ediblər.

Onlar icazəsiz şəkildə hərbi hissənin ərazisini tərk edərək, yalnız iki saatdan sonra hərbi hissə komandirinin və polisin öyüd-nəsihəti ilə hərbi hissəyə geri dönüb.

Araşdırma nəticəsində müəyyən edilib ki, martın 16-da, 09:00 radələrində həmin hərbi hissənin komandiri, polkovnik R.S. öz kabinetində olan zaman, özünü tələbkar komandir kimi göstərmək üçün xidməti səlahiyyətlərini aşıb və hərbi xidmətçilərə hərbi hissəyə verilmiş və nizamnamə tələblərinə uyğun olmayan hərbi geyim formasını cırmağı əmr edib.

Platsda səhər baxışı zamanı 30-a yaxın əsgərin hərbi geyim forması beləcə yararsız hala gətirilib.

Aprelin 16-da həmin hərbi hissə komandiri, polkovnik R.S.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsilə cinayət işi açılıb, onun barəsində ölkəni tərk etməməsi haqqında iltizamın alınması şəklində qətimkan tədbiri seçilib. Bundan başqa, o, araşdırma yekunlaşana qədər hərbi vəzifələrinin icrasından kənarlaşdırılıb.

Milli.Az