Səfər Mehdiyev: "DGK büdcəyə proqnozdan 52 milyon manat artıq vəsait köçürüb"

17 Aprel 2019 17:47

"Bu ilin I rübü ərzində Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1 milyard 15 milyon manat vəsait köçürüb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyev bildirib ki, bu, nəzərdə tutulan plan-proqnozdan 52 milyon manat artıqdır:

"Keçən ilin müvafiq dövrü ilə müqayisədə 287 milyon manat artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub".

Milli.Az