18:56
Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, Bakı vaxtı ilə 17:40 radələrində İstanbul Ədliyyəsinə gedib. O, həmin binada yerləşən Dairə Seçki Komissiyasından sədrlik vəsiqəsini alıb.
Bina çıxışında böyük izdiham səbəbindən, İmamoğlu başqa qapıdan çıxıb.
----------
17:37
Türkiyə Mərkəzi Seçki Komissiyası müxalifət Xalq Respublikasının İstanbulda keçirilən bələdiyyə seçkilərində qalib gəlmiş nazmizədi Əkrəm İmamoğluna şəhərin bələdiyyə sədri mandatını təqdim edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, mandat aprelin 17-də təqdim olunacaq.
Xatırladaq ki, martin 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 14 partiya iştirak edib.
İstanbul üzrə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 4,159 milyon səs topladığı halda, hakim partiyanın (AKP) namizədi Binəli Yıldırım 4, 131 milyon səs yığıb.
Hakim partiya İstanbulda seçkinin nəticələrinə etiraz edirdi.
Milli.Az