"Atletiko"da yeni müqavilə

17 Aprel 2019 19:09

İspaniyanın "Atletiko" klubu qapıçısı Yan Oblakla müqaviləni yeniləyib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Sloveniya millisinin üzvü Madrid təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsini uzadıb. 26 yaşlı əlcək sahibinin illik məvacibi 10 milyon avro olacaq.

Qeyd edək ki, Yan Oblak 2014-cü ildən "Atletiko"da çıxış edir.

Milli.Az