"Roma"dan maraqlı qərar - Onunla şəkil çəkdirmək qadağan olundu

17 Aprel 2019 18:19

İtaliyanın "Roma" klubu futbolçularına məşhur kanadalı musiqiçi Dreyk ilə şəkil çəkdirməyi qadağan edib.

Milli.Az xəbər verir ki, buna səbəb Dreykin "uğursuzluq sindromu" daşımasıdır.

Belə ki, Dreykin şəkil çəkdirdiyi futbolçuların komandaları çıxdıqları oyunda məğlub olurlar. Onun son qurbanı PSJ olub. PSJ-nin "Lill"ə 5-1 məğlub olduğu oyundan əvvəl Leven Kurzava musiqiçi ilə şəkil çəkdirmişdi.

Bu hadisələrdən sonra italyan klubu da sosial şəbəkə etdiyi paylaşımda bütün oyunçularına mövsüm sonununa qədər Dreyk ilə şəkil çəkdirmələri qadağan olunub.

Əliş Abdulla
Milli.Az