"İnstagram" İran rəsmilərinin hesablarını dondurur

17 Aprel 2019 18:04

"İnstagram" sosial şəbəkəsi İranın bir sıra rəsmilərinin hesablarını dondurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasının ardınca, "İnstagram" sosial şəbəkəsi İran rəsmilərinin hesablarını dondurmağa başlayıb.

İndiyədək İran İslam İnqilabı Keşikçilər Korpusunun bir sıra komandanları, o cümlədən Qasım Süleymani, Möhsün Rzayi, İranın yol polisinin rəisi Kamal Hadianfər, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi və digər nüfuzlu şəxslərin instagram hesabları dondurulub.

İran KİV-ləri ali dini lider Ayətulla Xameneinin ingiliscə xidmət edən informasiya portalının "İnstagram" səhifəsinin də dondurulduğunu bildiriblər.

Milli.Az