Xınalıqa qar yağır - VİDEO - FOTO

17 Aprel 2019 16:11

Aprelin 17-si gündüz saatlarından Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.

Milli.Az xəbər verir ki, kənd sakinləri AZƏRTAC-a bildiriblər ki, səhər saat 11-dən sonra hava şəraiti kəskin dəyişərək güclü qar yağmağa başlayıb. Dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən kəndə hazırda qar yağmaqda davam edir. Qısa müddətdə qarın hündürlüyü 2 santimetrə çatıb.

Xınalıq kənd sakini Rüstəm Məlikovun bu gün çəkdiyi fotolar və videonu təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qubanın Xınalıq kəndinə qar yağır