Valverde birinci oldu, Qurban Qurbanov mövqeyini qorudu

17 Aprel 2019 17:59

Dünyanın ən güclü məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 1000 mütəxəssisin yer aldığı siyahıda Azərbaycanın yalnız Qurban Qurbanov var. "Qarabağ"ın baş məşqçisinin mövqeyində dəyişiklik olmayıb. Mütəxəssis ötən həftə olduğu kimi 1073 calla 537-ci pillədə qərarlaşıb.

Ən yaxşı baş məşqçinin adı dəyişib. Belə ki, "Barselona"nın çalışdırıcısı Ernesto Valverde xalla pilləyə yüksəlib (14464 xal). O, "River Pleyt"in baş məşqçisi Marselo Qalyardonu ikinci pilləyə göndərib (14444 xal). "Atletiko"nun baş məşqçii Dieqo Simeone isə yenidən ilk "üçlüy"ə qayıdıb (11376).

Milli.Az