Evdə bəslənən maral sahibinə hücum etdi - Kişi öldü, arvadı xəstəxanada

17 Aprel 2019 17:24

Avstraliyada ev şəraitində bəslənən maral sahiblərinə hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ölkənin Viktoriya ştatında baş verib. Hücum nəticəsində 47 yaşlı ev sahibi ölüb, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gəlmiş polis maralı güllə ilə vurmağa məcbur olub.

Milli.Az