"Fənərbağça"ya Mozesdən bəd xəbər

17 Aprel 2019 16:57

"Galatasaray" ilə derbinin (1:1) son dəqiqələrində zədələnən Viktor Mozesin qasıq nahiyəsində qismən yırtıqlıq təsbit edilib.

Milli.Az xəbər verir ki, ulduz oyunçu təxminən 3 həftə meydanlardan uzaq qalacaq. Mozesdən əlavə derbidə bərabərlik qolunun müəllifi Elif Elmas da qrip infeksiyası ilə əlaqədar xüsusi müalicə altına alınıb.

Qeyd edək ki, "Fənərbağça" Türkiyə Super Liqasında 33 xalla 14-cü yerdədir.

Əliş Abdulla
Milli Az