Demetin gözünə nə olub?

17 Aprel 2019 17:19

Türkiyənin pop ulduzu Demet Akalın əməliyyat olunub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçinin gözündə xalyazyon (itdirsəyi - göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabı) əmələ gəlib. 

Bundan narahat olan Akalın xəstəxanaya gedib. O, əməliyyat olunaraq problemi aradan qaldırıb. Sənətçi şəklini instaqram səhifəsində paylaşaraq gözə gəldiyini bildirib: "Yaxşıyam, çox ağrıtdı. Amma əməliyyata gülə-gülə, oynaya-oynaya girdim".

Milli.Az