"Yuventus"a şok - 300 milyon avro

17 Aprel 2019 16:24

Çempionlar Liqası 1/4 final mərhələsində "Ayaks"a uduzub yarımfinala çıxa bilməyən "Yuventus" klubu ciddi iqtisadi itkilərlə üzləşib.

Milli.Az xəbər verir ki, Milan birjalarında bu səhər "Yuventus" hissələri 24% geriləmə ilə günə başlayıb. Gün ərzində itki 19% olaraq qərarlaşıb. Nəticədə Turin təmsilçisinin ümumi dəyər itkisi 300 milyon avro olub.

Tarixinin ən önəmli nəticələrindən birini əldə edən "Ayaks" cəbhəsində isə vəziyyət ürəkaçandır. Belə ki, Amsterdam birjalarında komandanın hissələrinin 10% dəyər qazandığı bildirilir.

Qeyd edək ki, "Yuventus"u mübarizədən kənarlaşdıran "Ayaks"ın rəqibi "Mançester Siti" - "Tottenhem" cütünün qalibi olacaq.

Əliş Abdulla
Milli.Az