İmamoğlu ilə Yıldırım bir arada - VİDEO

17 Aprel 2019 15:19

İstanbul bələdiyyəsinin rəhbərliyinə namizədlər Əkrəm İmamoğlu (CHP) ilə Binəli Yıldırım (AKP) Türkiyənin səkkizinci prezidenti Turqut Özalı anım mərasimində bir araya gəliblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə Yıldırımı görən İmamoğlu  ona yaxınlaşaraq salamlaşıb. 

Daha sonra jurnalistlərin suallarını cavablandıran CHP namizədi bildirib: "Binəli Yıldırımı görən kimi maşından enib onun yanına getdim və əl-ələ görüşdüm. Bir az daha tərəddüd etsəydi, onu qucaqlayacaqdım. Çünki millətin qucaqlaşmağa ehtiyacı var".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İmamoğlu ilə Yıldırım bir arada