PSJ Mbappeni cəzalandırdı

17 Aprel 2019 17:43

PSJ-nin hücumçusu Kilian Mbappe "Nant"la Liqa1-in XXVIII turundan təxirə salınmış oyunu buraxacaq.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, səbəb heç də gənc forvardın zədəli olması deyil.

Məsələ burasındadı ki, Mbappe "Lill" ilə (1:5) qarşılaşmadan sonra komanda yoldaşlarını tənqid etmişdi. Onun xarakter nümayiş etdirmədiklərini deməsi baş məşqçi Tomas Tuxelin ürəyincə olmayıb. Üstəlik, futbolçunun oyun zamanı həvəskar davranması onun cəzalandırılmasına səbəb olub. Bu üzdən Mbappe "Nant"la bugünkü görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm 27 qolla Liqa1-də bombardirlər yarışına başçılıq edir.

Milli.Az