Talıb Tale atasının son arzusunu yerinə yetirə bilmədi: Peşimanlığını çəkirəm - FOTO

17 Aprel 2019 12:44

Müğənni Talıb Tale atası Ələsgər Ələsgərovun vəfatı ilə bağlı ilk dəfə açıqlama verib.

Milli.Az-a danışan müğənni, atasının son nəfəsinə yetişə bilmədiyini deyib. Talıb Tale atasının ölümündən iki gün öncə əməliyyatdan çıxdığını sözlərinə əlavə edib:

"Atam dünyasını dəyişəndə yanında ola bilmədim. Müalicə üçün rayondan Bakıya gətirmişdik. Həkimlər dedilər ki, "Vəziyyəti qənaətbəxşdir. Hələ ki, bir neçə ay yaşaya bilər". Bakıda özəl klinikada əməliyyat olunmuşdu. Əməliyyatdan iki gün sonra rəhmətə getdi. Mən qayıdırdım Bakıya, yoldaydım artıq. Zəng vurdular ki, belə-belə..."

Talıb atasının ona son sözündən danışıb:

"Dedi ki, "Mənə nəsə olsa işini yarımçıq qoyma. Mənə görə işlərindən qalma. Mən onsuz da xəstəyəm"".

Müğənni atasının son arzusunu yerinə yetirməyə zamanı çatmadığı üçün peşimanlığını da dilə gətirib:

"Özümü günahkar sayıram ki, toyumu görə bilmədi, toyum bir az gecikdi. Ona görə peşimanlıq çəkirəm. Düzdür, özü iştirak edə bilməyəcəkdi. Amma yenə də biləcəkdi ki, toyum oldu. Onun peşimanlığını çəkirəm".

Qeyd edek ki, Ə.Ələsgərov dializ xəstəsi idi.

Təhməz Təkin
Milli.Az