Bakıya 1540 tullantı konteyneri gətirilib

17 Aprel 2019 15:09

Bakıda bərk və qarışıq tullantıların təkrar emalı üçün Almaniya və Rusiya şirkətinin birgə istehsalı olan 1540 tullantı konteyneri gətirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, ilkin olaraq konteynerlərdən 1200-ü rayonlar üzrə paylanılıb: "Birinci mərhələdə həmin konteynerlər Nərimanov, Nəsimi, Səbail və Yasamal rayon icra hakimiyyətlərinə təhvil verilib. İkinci mərhələdə isə konteynerlər daha 3 rayona paylanılıb. Yaxın günlərdə əlavə olaraq 110 konteyner Bakıya gətiriləcək. Ayın sonuna qədər isə daha 125 konteyner Almaniyadan alınacaq".

İ.Kərimov konteynerlərin sayının tələbatdan asılı olaraq artacağını da əlav edib.

Milli.Az