Azərbaycanda cəzaların humanistləşdirilməsi 6 mindən çox vətəndaşa şamil olunub

17 Aprel 2019 12:09

"Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə Azərbaycanda cəzaların humanistləşdirilməsi, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik məhkəmələr tərəfindən 6 mindən çox məhkum barəsində tətbiq edilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R.Rzayev bildirib ki, onlardan 1700-dən çox məhkum cəzadan tamamilə azad edilib, 2500-dən çox məhkumun cəza müddəti azaldılıb.

Onun sözlərinə görə, bundan başqa, 390-dan çox məhkumun cəzaçəkmə müəssisənin növü dəyişdirilərək yüngülləşdirilib.

Milli.Az