Ramiz Rzayev: "Məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb"

17 Aprel 2019 11:41

Azərbaycan Prezidenti cənab İlham Əliyev problemli kreditlərin həlli barədə fərman imzaladığı gündən məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R.Rzayev qeyd edib ki, fərmanın icrası ilə əlaqədar bütün lazımi tədbirlər görülüb, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrupu yaradılıb.

R.Rzayev bildirib ki, fərmandan gələn tələblər yüksək səviyyədə yerinə yetiriləcək.

Milli.Az