Yaponiyada kimya zavodunda partlayış olub

17 Aprel 2019 12:04

Yaponiyanın qərb hissəsində partlayış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Vakayama şəhərindəki kimya zavodunun ərazisində qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Araşdırma aparılır.

Milli.Az