“Röya ilə mənimki tutmaz…”

17 Aprel 2019 14:19

Ötən gün Xalq artisti Sərxan Sərxan illər sonra efirə çıxaraq "5-də 5" proqramına qonaq olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış müğənni canlı efirdə Azərbaycan şou-biznesinin hazırki vəziyyətindən söhbət açıb.

Sənətçi qeyd edib ki, Azərbaycan televiziyalarını tez-tez izləyir: "Gənclərdən Sevda Yahyayevanı bəyənmişəm, ifalarını çox sevmişəm. Onunla duet oxuyardım. Röya ilə mənimki tutmaz, diapazonlarımız fərqlidi. Hələ bir müddət əvvəl Aygün Kazımova ilə də duet oxumaq istəyirdik. Bəstəkar bizi bir araya gətirmişdi. Hətta səsyazmaya belə getmişdik, daha sonra alınmadı".

Milli.Az